Bank və Maliyyə hüququ, adından da məlum olduğu üzrə bank, maliyyə qurumu və maliyyə əməliyyatları ilə bağlı hüquqi məsələlər ilə maraqlanır. Bu hüquq sahəsi;
- Bank və Maliyyə Quruluşu: Fəaliyyəti, idarəsi və nəzarətini tənzimləyən qanun və qaydalarını
- Maliyyə Müqaviləsi: Kredit müqaviləsi, borc öhdəliyi, zəmanət müqaviləsi başda olmaqla aidiyatı istənilən maliyyə müqaviləsini
- Kapital Bazarları: Səhm, istiqraz, maliyyə xarakterli vasitələrin ticarəti və tənzimlənməsi ilə bağlı hüquqi qaydaları
- Bankların Qeyri-qanuni Pul Yuması ilə Mübarizəsi: Qeyri-qanuni pul yuma və terrorun maliyyələşdirilməsinə qarşı tətbiq olunan qanun və qaydaları
- Borcun Yenidən Formalaşdırılması və İflas: Borclunun (fərdi/fiziki) borcu yenidən qurulması, iflas və aidiyatı məsələlərlə bağlı hüquqi qaydaları
- Ödəniş Sistemləri: Elektron ödənişlər, kredit kartları, başqa ödəniş formalarıyla əlaqədar hüquqi məsələləri əhatə edir.
Bank və maliyyə qurumları bu hüquq sahəsi sayəsində işini qanuni çərçivədə aparır və bağlı olduğu ölkə iqtisadiyyatının davamlılığı və inkişafı üçün yüksək önəm daşıyır.