Ailə hüququ

Bu hüquq sahəsi ailə münasibətlərini qanun çərçivəsində nizamlayır. Evlənmə (nigah), boşanma, valideyn hüququ, uşaq himayəsi, boşandıqdan sonrakı aliment məsələləri və digər mövzuları əhatə edir. Ailə hüququnun əsasları aşağıda yer alır;

  1. Nigah: Nigahın qeydiyyata alınması və qələm çəkilməsi qanunla tənzimlənir. Nigah üçün evlənən şəxslərin qanuni minimal yaşa çatması, razılıq və qanunvericilikdə yer alan bütün şərtlər yerinə yetirilməlidir.

  2. Boşanma: Boşanma işi, tərəflərin qarşılıqlı razılığı ilə yaxud məhkəmə qaydasında baş tutabilər. Məhkəmə vasitəsiylə boşanma baş tutarsa, bu halda tərəflərin razılığına və uşaqların maraqlarına uyğun qərar verilir.

  3. Valideyn hüquqları: Valideynin hüququ və öhdəliyi uşağın maraqlarına yönəlib. Valideynin uşaq üzərində hüquqları övladın sağlamlıq, təhsil və inkişafını təmin etməyi nəzərdə tutur.

  4. Aliment: Adətən narazılığa səbəb olan bu mövzuya aydınlıq gətirmək gərəkir.  Aliment adlanan aylıq ödəniş, kişi tərəfindən xanıma ödənilən, uşaq yaxud keçmiş xanımının maddi ehtiyaclarını ödəmək məqsədilə qanunla qəbul edilmişdir. Məhkəmə aliment məbləğini tərəflərin maliyyə vəziyyətini və ehtiyaclarını nəzərə alaraq təyin edir.